Millinin oyununda nassist salamı verdi

Almaniya millisinin İsraillə keçirdiyi yoldaşlıq oyununda qalmaqal yaşanıb. 

Newsport.az xəbər verir ki, qarşılaşmanı izləyən azarkeşlərdən biri oyunda nassist salamı (Hitler salamı) göstərib. Həmin vaxt təhlükəsizlik əməkdaşları fanatı stadiondan çıxarıblar. Manheim polisi bu məsələni təsdiqləyib. Onlar videogörüntülər vasitəsi ilə 28 yaşlı gəncin kimliyini müəyyən ediblər və onu saxlayıblar. Polis artıq araşdırmaya başlayıb. Qeyd olunub ki, azarkeşin oyunları stadiondan izləməsinə ömürlük qadağa qoyula bilər və onun hüquqi müstəvidə ciddi cəzalarla üzləşməsi də mümkündür.

Əlavə edək ki, həmin oyun Almaniya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right