Əliyev darmadağına qolla töhfə verdi

Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 29-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Tekstilşik”lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da 88-ci dəqiqədə azərbaycanlı futbolçu vurub.

“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Amma o, bu görüşdə forma geyinməyib.

“SKA-Xabarovsk” 29 turdan sonra 48 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right