Messi Argentina millisindən imtina edir?

Lionel Messi Argentina millisində çıxışına ara verə bilər.

Newsport.az "France Football" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın ulduzunun bu qərarına 2014-cü il dünya çempionatı və 2015 Amerika kubokunun finalında məğlubiyyət təsir göstərə bilər. Eyni zamanda onun ailəsinə qarşı aqressiv münasibət də səbəb kimi göstərilir. Ehtimal olunur ki, Messi baş məşqçidən 2018 mundialının təsnifat oyunlarına çağrılmamaq barədə xahiş edəcək.

 
Messinin yaxınları Amerika kubokunun final qarşılaşması zamanı Çili azarkeşləri tərəfindən təhqirə məruz qalmışdı. Messinin valideynləri Xorxe və Seliyu, qardaşları Rodriqo və Matias, qardaşı oğulları Auqustin və Toması əhatəyə alan yerli fanatlar onları qonaqlar üçün lojaya qədər sıxışdırmışdı. Bu insident görə Çilinin səfiri Argentina tərəfindən üzr istəmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right