Ukraynanın 2-ci liqasında çıxış edən "Qostomel" klubunun futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində əlak olub.
Newsport.az-ın məlumatına görə, 25 yaşlı hücumçunun paytaxt Kiyevdə yaşadığı evə mərmi düşüb. Nəticədə oyunçu ilə yanaşı, onun anası da həlak olub.
Qeyd edək ki, Dmitri Martinenko çempionatın ən yaxşı futbolçusu və bombardiri seçilib.