“Everton” – “Mançester Siti” matçında Ukraynaya möhtəşəm dəstək

Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci turun “Everton” – “Mançester Siti” matçında hər iki komanda Ukraynaya möhtəşəm dəstək nümayiş etdirib.

Newsport.az-ın məlumatına görə, sözügedən klublar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyiblər.

“Everton” futbolçuları meydana çıxarkən əyinlərinə Ukrayna bayrağı geyiniblərsə, “Mançester Siti”nin oyunçularının formalarında “sarı-göy” bayraq olub. Ukrayna simvolu tribunalardakı bir çox azarkeşdə də olub. Tribunalarda bununla bağlı müxtəlif bannerlər də açılıb.

“Everton” və “Mançester Siti”nin ukraynalı futbolçuları Vitali Mikolenko ilə Aleksandr Zinçenço ehtiyat oyunçular skamyasında qalıb. Lakin onlar oyunqabağı məşq zamanı göz yaşlarına hakim ola bilməyərək, qucaqlaşıblar.

Sözügedən qarşılaşma “Mançester Siti”nin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 81-ci dəqiqədə Fil Foden vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right