"Xəzər Lənkəran"ın keçmiş çalışdırıcısı Con Toşak reanimasiyaya yerləşdirilib.
Newsport.az-ın məlumatına görə, 73 yaşlı məşqçi koronavirusa yoluxub.
Uelsli mütəxəssisin səhhəti dünən daha da pisləşib.
Toşaka ağır pnevmoniya diaqonozu qoyulub. Onun xanımı da hazırda xəstəxanadadı.
Con Toşak 2013-cü ildə "Xəzər Lənkəran"ı çalışdırıb.