"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Ralf Ranqniklə görüşə qatılıb.
Newsport.az "The Athletic"ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu görüş zamanı oyunun təşkili ilə bağlı xahişini səsləndirib.
Ronaldo Ranqnikdən iki hücumçu ilə oyuna qayıtmasını istəyib. “Qırmızı şeytanlar” Ronaldo komandaya qatılanda oxşar sxemdən istifadə etmişdi, lakin Pol Poqbaya qayıtdıqdan sonra “Mançester Yunayted” 4-3-3 sxeminə keçib.
Qeyd edək ki, Ronaldo bu mövsüm 30 matçda 15 qol vurub, 3 qolun ötürməsini verib.