“Borussiya”nın futbolçusundan fantastik nəticə

Almaniya Bundesliqasının 23-cü turunda Dortmund “Borussiya”sının Mönxenqladbax “Borussiya”sı üzərində qazandığı 6:0 hesablı qələbənin memarı Marko Roys olub.

Newsport.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasında ilk dəfə 5 qolda yaxından iştirak edib. İki qol vuran Roys 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əvvəl “sarı-qaralar”ın heyətində vaxtilə Pyer-Emerik Obameyanq 5 qolun fəal iştirakçısı olub. O, 2016-cı ildə “Hamburq”la oyunda belə uğura imza atıb.

Marko Roys cari mövsümdə bütün turnirləri nəzərə alsaq, keçirdiyi 33 oyunda 13 qol və 13 məhsuldar ötürmə müəllifi olub. Almaniyalı hücumçunun Dortmund “Borussiya”sıyla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right