"Bohum"dan "Bavariya"ya 4 qol

Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, lider "Bavariya" səfərdə "Bohum"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.

52 xalı olan "Bavariya" liderliyini davam etdirir. Xallarını 28-ə yüksəldən "Bohum" isə 11-ci pillədədir.

 

"Bohum" - "Bavariya" 4:2

Qollar: Antvi-Adjej, 14, Lokadiya, 38, Qamboa, 40, Holtmann, 44 - Levandovski, 9, 75

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right