"Bavariya"da Noyer şoku

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisinin qapıçısı Manuel Noyer sıradan çıxıb. 34 yaşlı qolkiper dizindən əməliyyat olunub. Almaniya millisinin üzvünün 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Manuel Noyer cari mövsümdə bütün turnirlər daxil olmaqla "Bavariya"nın heyətində 28 matçda meydana çıxıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right