Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Latviya futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Newsport.az məlumatına görə, heyətdə Azərbaycanda oynamış iki futbolçu da yer alıb.
“Bakı” klubunda çıxış etmiş sabiq yarımmüdafiəçi Andrey Ştoltsers və keçmiş hücumçu Maris Verpakovskis rəmzi heyədə yer alıb.
Ştoltsers 2005/2006, Verpakovskis isə 2011/2012 mövsümündə “Bakı”da çıxış edib.
