Millimizin forvardı "Şalke"nin 4-cü qolunu vurdu

Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Şalke"nin 2-ci komandası növbəti matçına çıxıb.

Onun komandası "Sportfreunde Lotte" ilə üz-üzə gəlib və 4:1 hesabı ilə qələbə qazanıb.

Start heyətində meydana çıxan Rüfət 78-ci dəqiqədə komandasının sonuncu qolunu vurub.

​“Şalke II” bu nəticədən sonra 27 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right