FIFA-dan "Qarabağ"ın rəqibinə transfer qadağası

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" ağır cəzayə məruz qalıb.

Newsport.az-ın məlumatına görə, FIFA Fransa klubuna 2 dönəm üçün transfer qadağası qoyub. Buna səbəb Liqa 1 klubunun "Uotford"dan Pape Qeyenin transferi zamanı qanunsuzluğa yol verməsidir. Komanda 2022-ci ilin yay və 2023-cü ilin qış transfer pəncərəsi zamanı heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Bundan əlavə 22 yaşlı yarımmüdafiəçi 4 aylıq futboldan uzaqlaşdırılıb. "Marsel" İngiltərə klubuna isə 2,5 milyon avro məbləğində təzminat ödəyəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah