Ukrayna millisinin üzvünə Premyer Liqa nəhəngindən təklif

“Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov İngiltərəyə köçə bilər. Newsport.az xəbər verir ki, 21 yaşlı oyunçu ilə “Çelsi” maraqlanır.

London təmsilçisi Ukrayna millisinin üzvünün nümayəndələri ilə danışıqlara başlayıb. Gənc oyunçunun müqaviləsində 125 milyon funt-sterlinq məbləğində sərbəst qalma bəndi göstərilib. Lakin klubların daha aşağı rəqəmə anlaşacağı gözlənilir. Transfer qiyməti 65 milyon funt-sterlinq olaraq qiymətləndirilir.

Qeyd edək ki, Georgi Sudakov “Arsenal”, “Mançester Siti”, “Liverpul” və İtaliya klublarının da diqqət mərkəzindədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right