“Barselona”nın keçmiş qapıçısı vətəninə dönmək istəmir

“Betis”in qapıçısı Klaudio Bravo yayda klubu tərk edəcək.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı çilili qolkiper klubdan azad agent kimi ayrılacaq. Lakin qapıçının Çiliyə qayıtmaq fikri yoxdur. O, karyerasını Avropa klubunda davam etdirmək istəyir.

Bravo cari mövsümdə 9 oyun keçirib, 2 dəfə qapısını toxunulmaz saxlayıb, 7 qol buraxıb. O, əvvəllər “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right