"Ardıcıl 4 oyunda qələbə qazanmaq asan deyil" - Krunoslav Renduliç

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Sabah” (0:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Qələdə qazandıqdan sonra mətbuat konfrasında oyunçularımı təbrik edəndə olduqca şad oluram. Oyunçularımla fəxr edirəm. 4 ardıcıl oyunda qalib gəlmək asan deyil. Ayazın vurduğu mükəmməl zərbə ilə hesabı açdıq. Matçdan əvvəl futbolçularıma demişdim ki, bu qarşılaşma olduqca çətin olacaq. Birinci hissədə rəqib topa daha çox nəzarət etdi. İkinci hissədə yaxşı oynadıq, qol epizodlarımız oldu. Məmnunam ki, qapımızda qol görmədik. Ümumi götürsək, oyundan və nəticədən razıyam. Bilirik ki, heç nə bitməyib. Qazana biləcəyimiz 9 xal var. Bu oyunu unudub qarşıdakı matçlara hazırlaşmalıyq.

– Oyunçularınıza penalti vurmaqla bağlı xüsusi hazırlıq keçməyi düşünürnüsüz?
– Penalti vurmaq bəzən keyfiyyətdən aslı yox, konsentrasiyalı asılı olur. Mən başqa məsələyə görə narahat oldum. Penalti vurmazdan əvvəl hamı sanki ikinci qolu qeyd edirdi. Amma əmin idim ki, penaltidən yararlana bilməyəcəyik. Məndə belə hisslər var idi.

– İkinci hissədə müdafiədən oynamaq Sizin tapşırığınız idi?
– Bu gün ilk hissədə yaxşı oynamadıq. Düşünürəm ki, ikinci yarıda daha yaxşı çıxış etdik. 3-4 epiozd oldu ki, qolla tamamlaya bilmədik.

– İndiki heyətdən təxminən neçə oyunçu göndərəcəksiniz?
– Bu söhbətlərin hazırda yeri deyil. Hələlik heç nə bitməyib. Yeni oyunçular axtarışındayıq.

– Xorvatiyadan oyunçu transfer etməyi düşünürsünüz?
– Xorvatiyadan olmağım o demək deyil ki, oradan futbolçular transfer edəcəyəm. Orada yaxşı oyunçular var. Lakin daha realist olmaq lazımdır.

– Qarşıdakı 3 oyununun hansından daha çox çəkinirsiniz?
– Hər zaman birinci oyun bizi narahat edir. İkinci və üçüncünü düşünmürəm. Yalnız birinci oyun narahatlıq yaradır.

– Sonuncu turda “Neftçi” ilə qarşılacaqsınız. Ona qədər hər şeyin aydınlaşmasını istərdinizmi?
– Bütün məşqçilər istəyir ki, sonuncu oyun nəyisə həll etməsin. Nəyin necə olacağını demək indidən erkən olar. Arzu edirəm ki, həmin oyuna qədər rahatlaşaq. İstəyərdik ki, “Neftçi” ilə oyuna qədər hər şey həll olunsun.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right