Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Newsport.az xəbər verir ki, bu gün "Real" doğma meydanda "Bavariya"nı qəbul edib. Matç Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyun 2:2 hesablı bərabərliklə başa çatdığı üçün "Real" finala yüksəlib.
Çempionlar Liqasında "Real" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.
8 may
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
23:00 "Real" (İspaniya) – "Bavariya" (Almaniya) - 2:1
Qollar: Deyvis, 68 (0:1), Xesulu, 88 (1:1), 90+1 (2:1)
İlk oyun 2:2