İngiltərədə mövsümün ən yaxşısı adına namizədlər bəlli oldu

İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Newsport.az xəbər verir ki, 8 futbolçu mövsümün ən yaxşısı adına iddialıdır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fil Foden, Erlinq Holann (hər ikisi "Mançester Siti"), Martin Edeqor, Deklan Rays (hər ikisi "Arsenal"), Aleksander İsak ("Nyukasl Yunayted"), Koul Palmer ("Çelsi"), Vircil va Deyk ("Liverpul") və Oli Uotkinsdir ("Aston Villa") İngiltərədə ən yaxşı seçilmək üçün mübarizə aparır.

Ən yaxşı baş məşqçi adına namizədlər isə Mikel Arteta ("Arsenal"), Unay Emeri ("Aston Villa"), Pep Qvardiola ("Mançester Siti"), Yürgen Klopp ("Liverpul") və Andoni İraoladır ("Bornmut").





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right