"Liverpul"dan qələbə, "Çelsi"dən xal itkisi

İngiltərə Premyer Liqasında 17-ci turun növbəti oyunları keçirilib. 

Newsport.az xəbər verir ki, bu gün daha iki matç oynanılıb. “Çelsi” doğma meydanda “Everton”la üz-üzə gəlib və 1:1 hesabı ilə  bərabərə qalıb. "Liverpul” isə “Nyukasl”ı qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
 
Bu tur keçirilməli olan “Brentford” – “Mançester Yunayted”, “Bernli” – “Uotford” və “Lester Siti” – “Tottenhem” matçları qonaq komandaların heyətində koronavirusa kütləvi yoluxma olduğu üçün təxirə salınıb.

 

Qeyd edək ki, turnir cədvəlinə 41 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 40 xalla 2-ci, "Çelsi" 37 xalla 3-cüdür.
 
16 dekabr
 
"Çelsi" – "Everton" -  1:1
Qol: 
Maunt, 70 – Brentueyt, 74
 
"Liverpul" – "Nyukasl" - 3:1
Qol: 
Jota, 21, Salah, 25, Aleksandr-Arnold, 87 – Şelvi, 7





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right