Meydana 9 futbolçu ilə çıxdılar, 6 nəfər qalınca oyun dayandırıldı

Portuqaliya çempionatının XII turunda keçirilən "Belenenseş" - "Benfika" matçı vaxtından əvvəl başa çatıb.

Ev sahiblərinin bir çox futbolçusu koronavirusa yoluxduğuna görə meydana 9 nəfərlə çıxıb. Matçdan öncə klub oyunun təxirə salınması üçün federasiyaya müraciət etsə də, onlara "yox" cavabı verilib.

İlk yarıda "Benfika" rəqib qapısından 7 qol keçirib. Fasilədən sonra isə "Belenenseş" meydana 7 oyunçu ilə çıxa bilib. Daha bir oyunçusu zədələndiyinə və komandasını meydanda 6 nəfərlə qoyduğuna görə baş hakim matçı dayandırıb.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right