"Tək günahım gözəl olmamağımdı" Kişi olduğu deyilən futbolçu

Kişi olduğu iddia edilən futbol üzrə qadınlardan ibarət İran milli komandasının qapıçısı Zöhrə Xudai açıqlama verib.

 

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Z.Xudai iddiaları rədd edib.

 

"Mənim tək günahım gözəl olmamağımdır", - deyən qapıçı İranın Asiya Futbol Konfederasiyasına verdiyi cavabda cinsiyyətinin təsdiqləndiyini bildirib.

 

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Z.Xudai qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran – İordaniya görüşündə komandasına qələbə qazandırıb.

 

Bundan sonra penaltilərdə rəqibinə uduzan iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia ediblər.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right