"Bavariya" "Barselona"nın 4 futbolçusunu istəyir

Almaniyanın "Bavariya" klubu İspaniya "Barselona"sında çıxış edən 4 futbolçu ilə maraqlanır.

Newsport.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi qapıçı Mark-Andre Ter Ştegen, müdafiəçi Serjinyo Dest, həmçinin yarımmüdafiəçilər Frenki de Yonq və Pedrini heyətinə qatmaq istəyir.

Ölkə çempionu Ter Ştegenin Manuel Noyeri uzun müddət əvəzləyə biləcəyi düşünür.

Qeyd edək ki, "Barselona" 2020/2021 mövsümü üçün maliyyə hesabatında kluba 481 milyon avro məbləğində ziyan dəydiyini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right