Mahir Emreli ən çox qol vuran futbolçular siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, siyahıda "Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli də var. 24 yaşlı hücumçu il ərzində "Qarabağ" və "Legiya"nın heyətində 23 qola imza atıb. Emreli bu göstəriciyə görə 42 - 48-ci pillələri bölüşdürür.

2021-ci il üzrə ən çox qol vuran futbolçu “Bavariya”nın hücumçusu Robert Levandovskidir. Polşalı forvard 50 qola imza atıb. "Borussiya"dan (Dortmund) Erlinq Holann (41) ikinci, "Barselona"dan PSJ-yə keçən Lionel Messi (37) isə üçüncü sırada yer alıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right