Levandovskidən ÇL-də tarixi nəticə

Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb. Newsport.az xəbər verir ki, 33 yaşlı hücumçu buna Ukraynanın "Dinamo" (Kiyev) komandasına 5:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
 
Bu oyunda dubla imza atan polşalı forvard ÇL-də meydana çıxdığı görüşlərdə ardıcıl 18 qələbə qazanan ilk oyunçu olub.
 
Qeyd edək ki, "Bayern" hazırda 6 xalla E qrupunun lideridir. Komanda 3-cü turda Portuqaliyada "Benfika"nın qonağı olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right