Koronavirus pandemiyasına görə bir il təxirə salınan və bu ilin 23 iyul - 8 avqust tarixlərində keçiriləcək "2020-ci il Yay Olimpiya Oyunları"nda futbol yarışı da maraqla gözlənilir.
Newsport.az-ın məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya oyunlarının futbol turnirində ulduz futbolçular çıxış edəcək. Normal şərtlərdə futbol oyunlarında 23 yaşa qədər olan və bu yaşdan yuxarı 3 futbolçunun oynmasına icazə verilir. Pandemiya səbəbindən Olimpiya oyunları 1 il sonraya keçirildiyindən komandalara güzəşt edilərək 24 yaş və daha yuxarı 3 futbolçunun çıxışına icazə verilib.
Yaponiya paytaxtında keçirləcək mötəbər yarışda iştirakı gözlənilən ulduz futbolçuların bir neçəsini təqdim ediirk:
Marko Asensio - İspaniya - ("Real")

Erik Bayli - Fil dişi Sahili - ("Mançester Yunayted")

Dani Sebalyos – İspaniya - ("Real")

Dani Alveş – Braziliya - ("Sao Paolo")

Andre Pyer Jinyak – Fransa - ("Tiqres")

Maks Kruze – Almaniya - ("Union Berlin")

Gilyerme Oçoa - Meksika- ("Amerika")
