Ronaldonu tanımadı, akkreditasiya istədi

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Avro-2020-nin qrup mərhələsinin birinci turunda Macarıstanla matçdan (3:0) əvvəl maraqlı vəziyyətlə üzləşib.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşılaşmanın keçirildiyi "Puşkaş" stadionunun təhlükəsizlik işçisi 36 yaşlı hücumçunu tanımayıb. Buna görə də o, Ronaldodan akkreditasiya vərəqəsini göstərməsini istəyib.

Qeyd edək ki, Portuqaliya millisi ikinci turda Almaniya ilə qarşılaşacaq. İyunun 19-da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right