"Sentyabr ayını səbirsizliklə gözləyirəm"

Almaniya millisinin yeni baş məşqçisi Hans-Diter Flik təyinatı haqqında danışıb.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, yığmanı çalışdıracağı üçün xoşbəxt olduğunu deyib:

"Müqavilənin imzalanması ilə bağlı danışıqlar sürpriz bir şəkildə sürətlə getdi. Gələn payızdan etibarən millinin məşqçisi kimi işləyəcəyim üçün çox şadam. Mövsüm yenicə bitdi və "Bavariya"dakı iki il mənə lazım olan enerjimi saxlamağa kömək etdi. Klubdakı futbolçularla münasibətlər heyrətamiz idi, buna görə gələcək karyeram üçün bu iş təcrübəmdən çox şey öyrənə bilərəm. Milli komanda ilə işə başlamağı çox səbirsizliklə gözləyirəm, çünki o zaman Almaniyanın hər yerindən olan oyunçuların istedadını, xüsusən də gənc futbolçuları görə biləcəyəm. Buna görə qarşıdakı turnirlərə, məsələn, 2024-cü ildə keçiriləcək Avropa çempionatına nikbin baxırıq. Yoahyim Lövə isə Avro-2020-də uğurlar arzulayıram. O,millidəki karyerasının sonunda böyük bir qələbəyə daha çox layiqdir".

Qeyd edək ki, Bu mövsümün sonunda "Bavariya"dan ayrılan Flik Avro-2020-dən sonra Almaniya millisinə baş məşqçilik edəcək. Həmin vaxtadək isə bu vəzifəni hazırkı hazırkı baş məşqçi Yoahim Löv yerinə yetirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right