“Şalke” 10 futbolçusu ilə yollarını ayırdı

Almaniya Bundesliqasını tərk edəcəyi dəqiqləşən “Şalke”də 10 futbolçu ilə yollar ayrılıb.
 
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 10 futbolçu və 3 klub işçisi ilə yolların ayrıldığı bildirilib.
 
“Şalke”də futbolçulardan Benjamin Stambuli, Bastian Oçipka, Stiven Skribski, Şkodran Mustafi, Alessandro Şöpf, Nabil Bentaleb, Vilyam, Qonsale Pasiensa, Frederik Rönnov və Kilian Ludeviqlə yollar ayrılıb.
 
“Şalke” Bundesliqada sona bir tur qalmış 18-ci sıradadır. Komandanın elitanı tərk edəcəyi bir neçə tur əvvəldən dəqiqləşib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right