"Bavariya"dan göz yaşları ilə ayrılıram"

Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan David Alaba bununla bağlı klubun saytına danışıb.

Newsport.az xəbər verir ki, avstriyalı müdafiəçi böyümək üçün fərqli addımlar atılmalı olduğunu bildirib:

“Bir müddətdən sonra hər şey çətin olur. Heç kimə sirr deyil ki, özümü “Bavariya”da yaxşı hiss edirəm. Göz yaşlarımla klubdan ayrılıram, eyni zamanda, gələcəyi düşünürəm. Yeni bir çağırış üçün irəli addım atmağa qərar verdim. Bəzən daha güclü olmaq, böyümək üçün fərqli addımlar atmalı olursan”.

Qeyd edək ki, 2010-cu ildən “Bavariya”da çıxış edən Alaba mövsümün sonunda klubu tərk edəcək. Onun “Real”a keçəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right