"Çelsi"nin baş məşqçisi Çempionlar Liqasının tarixinə düşdü

İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı almaniyalı mütəxəssis fərqli komandalarla ardıcıl ikinci dəfə finala yüksəlməklə buna nail olub.

Tuxel tarixdə ilk dəfə bu nailiyyətə imza atan baş məşqçidir. "Çelsi" yarımfinal mərhələsində iki oyunun nəticəsinə əsasən İspaniyanın "Real Madrid" klubunu məğlub edib - 1:1, 2:0.

Qeyd edək ki, Tomas Tuxel ötən mövsüm Fransanın PSJ klubu ilə finalda iştirak edib. Onun rəhbərlik etdiyi komanda həlledici matçda Almaniya "Bavariya"sına 0:1 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right