Tuhel 6 futbolçunun satılmasını istəyir

“Çelsi”nin baş məşqçisi Tomas Tuhel yay fasiləsində 6 futbolçunun satılmasını istəyir.

Newsport.az "The Telegraph"a istinadən xəbər verir ki, bunlar Villi Kabalyero, Kepa Arrisabalaqa, Emerson Pelmeri, Kristian Pulişiç, Olivye Jiru və Temmi Abrahamdır.

Almaniyalı mütəxəssisin bu siyahını klub rəhbərliyinə təqdim etdiyi bildirilir.

Qeyd edək ki, Premyer Liqada 4-cü pillədə qərarlaşan London klubu Çempionlar Liqasının yarımfinalındadır. Komanda bu axşam "Real"la cavab matçına çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right