Lemann irqçi ifadələrinə görə "Herta"dan qovuldu

Almaniya millisinin sabiq qapıçısı, "Herta"nın İdarə Heyətinin üzvü Yens Lemann işindən uzaqlaşdırılıb.

Newsport.az xəbər verir ki, buna səbəb onun keçmiş futbolçu Dennis Aqo haqqında irqçi ifadələr işlətməsidir.

Lemann "Sky Germany"da işləyən Aqo haqqında başqa bir şəxsə "Dennis sizin reytinq zəncinizdir?" mesajını yazmaq istəyib. Lakin o, ismarıcı səhvən Aqonun özünə göndərib. Sabiq oyunçu isə bu mesajın ekran görüntüsünü paylaşaraq bu sözləri yazıb: "Vauuu. Sən ciddisən? Bu sözlər yəqin ki, mənim üçün nəzərdə tutulmayıb".

Həmin məsələyə görə Lemann "Herta"dakı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, öz Tvitter hesabında paylaşım edərək hər kəsdən üzr istəyib.

Qeyd edək ki, "Herta" ötən ay homofobik ifadələrinə görə qapıçı məşçqisi Zsolt Petrini də işindən qovmuşdu.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right