Avroliqanın oyunlarına hakim təyinatları

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Arsenal" - "Vilyarreal" matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiçə həvalə olunub. Ona Tomaz Klançnik və Andraz Kovaçiç köməklik edəcək. Dördüncü hakim funksiyasını Matey Yug yerinə yetirəcək.

"Roma" - "Mançester Yunayted" görüşü isə Almaniya Futbol Federasiyasından Felix Brixə tapşırılıb. Mark Borş, Stefan Lupp köməkçi hakimlər, Feliks Zvayer dördüncü hakim olacaq.

Qeyd edək ki, mayın 6-ı keçiriləcək hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right