“Maynts” autsayderlə bacarmadı

Futbol üzrə Almaniya Bundesliqasında 29-cu turdan təxirə salınmış bir oyun keçirilib.
 
Newsport.az xəbər verir ki, günün yeganə matçı “Maynts”la “Herta” arasında baş tutub.
 
Komandalar bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Bu nəticədən sonra “Maynts” 35 xalla 12-ci pillədə qərarlaşıbsa, “Herta” 27 xalla 17-cidir. Berlin təmsilçisinin ehtiyatda daha iki oyunu var.
 
Xatırladaq ki, ötən ay “Herta”nın kollektivində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün, bu komandanın üçü oyunu təxirə salınmışdı.
 
Almaniya Bundesliqası
29-cu turun oyunu
3 aprel
 
Maynts – Herta 1:1
Qol: Mvene, 40 – Tusar, 36.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right