Avropanın bir neçə nəhəng klubunun nümayəndələri "Bavariya"nın hücumçusu Robert Levandovski ilə əlaqə saxlayıb.
Newsport.az xəbər verir ki, bu barədə "Sky Germany" nəşri məlumat yayıb. Bildirilib ki, Münhen təmsilçisi digər klubların polşalı oyunçu ilə maraqlanmasından narahat deyil. Çünki "Bavariya" yaxın gələcəkdə futbolçu ilə yolları ayırmaq niyyətində deyil. 32 yaşlı hücumçunun özü də klubdan ayrılmaq üçün səbəb görmür.
Qeyd edək ki, Levandovski 2014-cü ildən Münhen təmsilçisində oynayır. O, bu mövsüm çıxdığı 37 oyunda 43 qol vurub, 8 qolun ötürməsini verib.