“Şalke”nin futbolçuları oynamaq istəmirlər

“Şalke”nin futbolçuları Bundesliqanın son 4 turunda meydana çıxmaq istəmirlər.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb komandanın ikinci Bundesliqaya yuvarlanmasından sonra baş verənlərdir.

“Şalke” son turda “Arminia Bielefeld”ə uduzub və 33 il sonra aşağı liqada mübarizə aparacağı dəqiqləşib. Belə nəticəyə görə klub azarkeşlərin qəzəbinə tuş gəlib. Onlar görüşdən sonra futbolçulara hücum ediblər. Bu hadisədən təsirlənən futbolçular isə qalan 4 turda meydana çıxmaq istəmirlər.  Klubun İdarə Heyətinin üzvü Peter Knaebel açıqlamasında futbolçuların matçlara oynayıb-oynamayacağına özlərinin qərar verəcəyini deyib: “Bir futbolçu artıq yerdə qalan 4 matça çıxmaq istəmirsə, bunu anlaya bilərəm. Belə şeylər qanuni yollarla olduğu müddətdə hər bir qərara hörmət edirəm”.

Qeyd edək ki, “Şalke” tarixi ərzində daha əvvəl 3 dəfə (1981-ci il, 1983-cü il, 1988-ci il) aşağı liqaya yuvarlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right