Kapitan "Bavariya" ilə oyunu buraxacaq

PSJ-nin kapitanı Markinyos Çempionlar Liqasının 1/4  finalında “Bavariya” ilə cavab görüşünü buraxacaq.

Newsport.az "Le Parisien"ə istinadən xəbər verir ki, Münhendə keçirilən ilk oyunda zədələnən 26 yaşlı müdafiəçi komandanın bugünkü məşqində iştirak etməyib.

Markinyosun aprelin 14-də keçiriləcək qarşılaşmada oynamayacağı dəqiqləşib. Onun yerində cəzalı olduğu üçün ilk görüşü buraxan Leanardo Paradesin oynayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right