“Köln”ün yeni baş məşqçisi bilindi

Almaniyanın “Köln” klubunda baş məşqçi təyinatı gerçəkləşib.Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisinin “sükan”ı Fridhelm Funkelə tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Funkel mövsümün sonuna qədər “Köln”ü çalışdıracaq.
 
Funkel baş məşqçi postunda istefaya göndərilən Markus Qisdolu əvəzləyib. 67 yaşlı mütəxəssis daha əvvəl Almaniyada “Ayntraxt”da (Frankfurt) və “Herta”da baş məşqçilik edib.
 
“Köln” hazırda Bundesliqada 23 xalla 17-ci sıradadır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right