Polşa millisinin heyətində zədələnən “Bavariya”nın futbolçusu Robert Levandovskinin durumu ciddidir.
Newsport.az-ın məlumatına görə, Münhen klubu 32 yaşlı hücumçunun bir aya yaxın meydana çıxa bilməyəcəyini açıqlayıb. Onun diz bağlarında gərilmə olduğu bildirilib.
Beləliklə, Levandovski Çempionlar Liqasının 1/4 finalında PSJ ilə oyunları və Bundesliqada təxminən 5 matçı buraxacaq.
Qeyd edək ki, “Bavariya”nın lideri bu mövsüm Münhen klubunda 36 oyuna 42 qol vurub.