İspaniyanın "Real Sosyedad" klubu əvəzedici komandanın baş məşqçisi Xabi Alonso ilə müqaviləni yeniləyib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı məşqçinin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
İspaniya millisi və "Real"ın sabiq futboloçusu 2019-cu ildən "Real Sosyedad"da işləyir. Onun mövsümün sonunda Almaniyanın "Borussiya" (Mönxenqladbax) kluna baş məşqçi təyin ediləcəyi haqda xəbərlər yayılmışdı.