Polşa millisinin hücumçusu Robert Levandovskiyə ölkə prezidenti xüsusi mükafat təqdim edib.
Newsport.az xəbər verir ki, Almaniyanın “Bayern” klubunun futbolçusu prezident nişanı ilə mükafatlandırılıb. Bu orden böyük şücaət nümayiş etdirmiş əsgərlərə, ölkəsini xaricdə uğurla təmsil edən insanlara verilir.
Mükafatı futbolçuya ölkə prezidenti Andrey Duda təqdim edib.