Kral Kuboku “Nou Kamp”da olacaq

İspaniya Kral Kubokunun final matçının məkanı bəlli olub.

Newsport.az-ın məlumatına görə, mayın 30-da “Barselona” və “Atletik” arasında baş tutacaq həlledici qarşılaşma “Nou Kamp” stadionunda keçiriləcək.

Daha əvvəl iki klub oyunun sözügedən arenada keçirilməsi ilə bağlı razılaşa bilməyirdi. Sonda İspaniya Futbol Federasiyası bu haqda qərar qəbul edib.

Bir müddət əvvəl “Barselona” və “Atletik” final matçının “Santyaqu Bernabeu”da reallaşmasını istəsə də, “Real” rəhbərliyi onlara edilən müraciətə rədd cavabı vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right