TFF Hakan Şükürü “silir”

Türkiyə Futbol Federasiyası (TFF) millinin sabiq hücumçusu Hakan Şükürlə bağlı qərar qəbul edib.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədə hərbi çevrilişə cəhd edən FETÖ təşkilatına yaxınlığı olduğu deyilən Hakan Şükürün “Futbolçular Muzeyi”ndəki şəkilləri yığışdırılır.

Xatırladaq ki, bir müddət öncə ölkə prokurorluğu tərəfindən sabiq hücumçu barədə həbs qərarı çıxarılıb. Hakan Şükür artıq bir müddətdi ABŞ-da yaşayır.

Müəyyən müddət Türkiyə Böyük Millət məclisində deputat kimi fəaliyyət göstərmiş Şükür, “ay-ulduzlular”ın tarixi ərzində ən çox qol vurmuş futbolçudu. 44 yaşlı sabiq futbolçu Türkiyə millisində 112 oyunda 51 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right