Turnirə olduqca uğursuz başlayan Türkiyə millisi qrupda son matçına çıxıb. Fatih Terimin komandası Çexiya ilə üz-üzə gəlib. "Ay ulduzlular" 2:0 hesabı ilə qalib gələrək 1/8 finala çıxmaq şansını saxlayıb. Türklər digər qruplardakı nəticələri gözləməlidir.
Newsport.az-ın məlumatına görə, "ay-ulduzlular"ın növbəti mərhələyə çıxması üçün İtaliya və Belçika milliləri E qrupunda keçirəcəkləri son matçlarında xal itirməməlidir. Amma İrlandiya millisi ilə qarşılaşacaq italyalıların baş məşqçisi Antonio Kontenin bu günki açıqlamaları türkləri qorxuya salıb.
E qrupununda liderliyi qarantiya edən İtaliya millisinin baş məşqçisi Antonio Konte bu gün oynayacaqları İrlandiya ilə matça ikinci heyətlə çıxacaqlarını bildirib. İtaliyan mütəxəssis kart limiti olan və bəzi ulduz futbolçuları bu axşam ehtiyat oyunçular skamyasında yanında saxlamağı düşünür.
Xatırladaq ki, İtaliya millisində sarı kart limitində olan futbolçular Buffon, Çellini, Bonuçii, Thiago Motta, Eder ve De Rossidir. Bu futbolçulardan ancaq Bonuçinin ilk 11-də yer alacağı bildirilir.
Çox ehtimal ki, İrlandiya ilə oyunda ilk 11-də sadəcə 3 əsas futbolçu oynayacaq. Bunlar Bonuçi, Barzagli ve Florenzi olacaq.