Türkiyənin "Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngi "Bursaspor”un futbolçusu Sərdar Əzizi rənglərinə bağlayıb.
Bu barədə futbolçunun meneceri Haluk Canatar Türkiyə mətbuatına açıqlamasında məlumat verib: "Klublar arasında danışıqlar müsbət yekunlaşdı. Artıq Sərdarı "Qalatasaray”ın futbolçusu hesab edə bilərik. Yaxın günlərdə 4 illik rəsmi müqavilə imzalanacaq”.
Artıq İstanbul nəhənginin bu trasnferə görə "Bursaspor” ödəyəcəyi məbləğ də bəlli olub. "Cim-bom” Bursa təmsilçisinə 4,5 milyon avro ödəyəcək. Bundan əlavə "Qalatasaray” Serdar Əzizə görə Sərcan Yıldırım başda olmaqla iki gənc futbolçusunu bursalılara verməli olacaq.
Qeyd edək ki, 25 yaşlı Sərdar Əziz "Bursaspor”un yetirməsidir. O, 2014-cü ildən Türkiyənin əsas milli komandasının şərəfini qoruyur.