Burak Yılmaz:" Əmrə Mor bizim göz bəbəyimizdir"

Avropa çempionatının  "D" qrupunda keçirilən Çexiya – Türkiyə matçının (0:2) ən yaxşı futbolçusu seçilən Burak Yılmaz oyun haqqında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, qələbə qazandıqları oyunu belə şərh edib: "Qələbə qazanmaq üçün çox çalışdıq. Sevinirik ki, istədiyimiz nəticəni qazana bildik. Çətin anlar yaşadıq. Amma geri dönməyi bacardıq. Hər birimiz qrupdan çıxmağı çox istəyirik".

Çinin "Pekin Qoyan" klubuna forma geyinən Burak gələcək karyerası haqqında bunları deyib: "Bu mövsüm heç kimin təxmin edə bilməyəcəyi qədər zədələndim. Amma burada olmağım lazım idi və sevinirəm ki indi də Fransada milli komandama kömək edirəm. Hamı bizi tənqid edir. Heç kim soruşmur ki, səbəb nədir? Bu nə ilk, nə də sondur. Hamının canı sağ olsun."
Burak Yılmaz Türkiyə millisinin parlayan ulduzu Emre Morla bağlı fikirlərini də bildirib:" Emre çox qəribə futbolçudur. O bizim göz bəbəyimizdir, çiçəyimizdir. Çox gənc bir dostumuz var. Həyəcanlana bilərik. Amma biz çətin olanı sevirik"




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right