Ronaldodan yeni rekord

İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo daha bir rekord müəyyənləşdirib.

 

Newsport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu İspaniya çempionatının startında məhsuldarlıq rekordu nümayiş etdirib.

 

İlk 6 turda 10 qol vuran Ronaldo ölkə birincilikləri tarixinin ən yüksək göstəricisini təkrarlayıb. Bunadək iki dəfə bir oyunçu startdakı 6 turda 10 qol vurmağı bacarmışdı.

 

1953-cü ildə “Barselona”nın üzvü Kubala, növbəti ildə isə “Deportivo”!lu və Painyo startda 10 dəfə fərqlənmişdi. Lakin Ronaldo 6 turda cəmi 5 dəfə meydana çıxıb. 5 oyunda 10 qolun müəllifi olan bombardirin orta məhsuldarlığı 2-yə bərabərdir.

 

Müqayisə üçün qeyd edək ki, daha çox – 7 turun keçirildiyi Topaz Premyer Liqasının bombardiri Mikel Alvaro vətəni İspaniyadakı məhsuldarlıqdan iki dəfə geri qalıb – 5 qol.

Apasport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right