PSJ-nin futbolçusu Zlatan İbrahimoviç keçmiş baş məşqçisi Pep Qvardiola haqda danışıb.
Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib ki, "Barselona"da oynadığı dönəmdə 2010-ci ildə Çempiolar Liqasının yarımfinalında həmin vaxt komandanı çalışdıran Qvardiolanın yanlış qərarlarına görə uduzublar:
"Dünyanın ən güclü komandası idik. Amma Çempionlar Liqasının kubokunu qazana bilmədik. Çünki Pep Qvardiola yanlış qərarlar verdi".