Keçmiş futbolçu ingilislərin oyununu “axmaqlıq” adlandırdı

İngiltərə millisinin və “Barselona”nın keçmiş futbolçusu Qari Lineker AÇ-2024-də Danimarka ilə oyundan sonra (1:1) Qaret Sautqeytin komandasını tənqid edib.

Newsport.az “goal.com”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, bunun tam axmaqlıq olduğunu bildirib:

“Bu tam axmaqlıqdır. Biz bunu başqa turnirlərdə də görmüşük. Komanda hesabda önə keçir, sonra onun oyunu kəskin dəyişir. Onlar qol vururlar və bu hesabı qorumağa çalışırlar. Onlara fərqli oynamağı öyrətmək olarmı?”

İngiltərə yığması AÇ-2024-ün qrup mərhələsinin iki turundan sonra 4 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Sautqeytin yetirmələri 3-cü turda Sloveniya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right