MOK-dan Azər Əliyev açıqlaması

Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyevin yenidən Azərbaycan Pauerliftinq Federasiyasının 1-ci vitse-prezidenti seçilməsi haqda yayılan xəbərlər doğru deyil.

Newsport.az-ın məlumatına görə, bu haqda MOK-un mətbuat xidməti məlumat yayıb:

“Ümumiyyətlə, son günlər Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə müxtəlif federasiyalarda vəzifə verilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Qeyd etmək istəyirik ki, MOK-un baş katibi Azər Əliyev heç bir federasiyada vəzifə tutmur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right